Rusiyada müharibə əleyhinə etiraz aksiyaları başlanıb –369 nəfər saxlanılıb /VİDEO

Prezident Putinin hərbi səfərbərlik fərmanından sonra Moskvada və Sankt Peterburqda vətəndaşlar etiraz aksiyalarına çıxıblar. 

Azpost.info Meduza.io-ya istinadən bildirir ki, Arbat küçəsində başlanan aksiyada vətəndaşlar müharibəyə etiraz şüarları səsləndiriblər.

Petreburqda 50 etirazçı İsakov kilsəsinin qarşısına toplaşıblar. Daha sonra aksiya yürüşə çevrilib. İnsanların bir hissəsi Mars çölünə tərəf, digər hissəsi “Qostinnıy dvor”a tərəf gediblər.

Polis həbslərə başlayıb.

Müxtəlif mənbələrdən gələn məlumatlara görə, 364 nəfər saxlanılıb. Hüquq müdafiəçilərinin məlumatına görə, Moskvada ən azı 89 nəfər, Peterburqda 96 nəfər tutulub.

 

Əvvəlki məqalə

İranda “Instagram”a giriş məhdudlaşdırılıb

Sonrakı məqalə

Tehranda internet kəsilib –