Rusiyanın onlarla şəhərində insanlar müxalifət lideri Aleksey Navalnının həbsinə etiraz olaraq etiraz aksiyasına çıxıblar.
Azpost.info bildirir ki, Sibirdə, Vladivastokda, Xabarovskda aksiyalar artıq başlanıb. Xabarovskda mindən çox, Vladivaktokda 3 mindən çox vətəndaş etiraz aksiyasına qatılıb.
“Kommersant” qəzetinin məlumatına görə, Yzaq Şərqdə Navalnının dəstək aksiyasında 100-ə qədər şəxs həbs olunub.
Etiraz aksiyalarının bu gün Moskvada da keçiriləcəyi gözlənilir. Kreml razılaşdırılmamış kütləvi aksiyanın məsuliyyəti barədə xəbərdarlıq edib.