Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Rusiyada neft rəhbərlərinin müəmmalı ölümləri –

User 01 Sentyabr 2022 - 13:57 (Last updated: 21 May 2025 - 20:15)
ukoyl olenler

“Lukoil”un Direktorlar Şurasının sədri Ravil Maqanovun intiharı son aylar Rusiyanın yüksək vəzifəli şəxləri arasında baş verən “müəmmalı ölümlər” silsiləsindəndir.

Azpost.info xəbər verir ki, bu, Rusiyanın neft-qaz sənayesi ilə bağlı ilin əvvəlindən bəri ən azı yeddinci ölümdür.

Yanvarda 60 yaşlı Leonid Şulman, fevralda isə 61 yaşlı Aleksandr Tyulyakov Sankt-Peterburq yaxınlığındakı evlərində asılmış vəziyyətdə tapılıblar. Hər ikisi “Qazprom”un strukturunda yüksək vəzifələrdə çalışıb və onların intihar məktubu buraxaraq özlərinə qəsd etdikləri deyilir.

Aprel ayında “Qazprombank”ın keçmiş vitse-prezidenti Vladislav Avayev, qızı və həyat yoldaşı Moskvada ölü tapılıb. İstintaqın məlumatına görə, Avayev əvvəlcə ailəsini, sonra isə özünü güllələyib. Onun həyat yoldaşına saatlarla işgəncə verdiyi bildirilir.

Avayevin keçmiş həmkarı, Ukraynaya qaçan İqor Volobuyev intihara inanmadığını və hadisənin səhnələşdirildiyini bildirib: “Bu hekayələrin hamısı qəribədir. Mən intihara inanmıram, ağılasığmazdır. İnanmaq çətindir ki, Avaev 13 yaşlı qızı, həyat yoldaşını güllələyib və intihar edib. Məncə, bu, səhnələşdirilmiş intihardır. Məncə, Avayev öldürülüb”.

Bir neçə gün sonra oxşar hadisə İspaniyada baş verib. “Novatek”in keçmiş top-meneceri Sergey Protosenya, həyat yoldaşı və qızı ölü tapılıb. Polis Protosenyanın həyat yoldaşını və qızını öldürə, sonra isə intihar edə biləcəyi versiyasını nəzərdən keçirib. Oğlu Fyodor daha sonra mətbuata bildirib ki, atası öz ailəsini öldürə bilməzdi.

İqor Volobuyev də bu ölümü müəmmalı adlandırıb: “O, guya hamını bıçaqlayıb və Lloret de Marda özünü asıb. Bu, Rusiyadan gələn mühacirlərin çox məskunlaşdığı kiçik bir İspaniya şəhəridir”.

İyul ayında Sankt-Peterburq ətrafında “Qazprom” üçün Arktika müqavilələri ilə məşğul olan “Astra Shipping” nəqliyyat təşkilatının rəhbəri Yuri Voronov güllələnərək öldürülüb. Növbəti müəmmalı intihar Ukrayna əsilli qaz maqnatı Mixail Uotfordun ölümü olub. O, Britaniyadakı mülkündə asılmış vəziyyətdə tapılıb.

Nəhayət, Ravil Maqanov bu gün səhər saatlarında Moskvada Mərkəzi Klinik Xəstəxananın 6-cı mərtəbəsindən özünü atıb. Maqanov xəstəxanada həyat yoldaşı ilə birgə müalicə olunurmuş. Həkimlər ona ürək xəstəliyi ilə yanaşı, depressiya diaqnozu da qoyublar. Hazırda hadisənin səbəbləri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırılır.

Azpost.info

Post navigation

Previous: “Brüsseldə müzakirələr asan olmadı” –
Next: “Prezident İlham Əliyevin sərəncamı mənim üçün gözlənilməz oldu” –

Oxşar xəbərlər

abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.