“Brüsseldə müzakirələr asan olmadı” –Paşinyan İlham Əliyevlə görüşündən danışdı

“Brüsseldə keçirilən müzakirələr asan olmadı”.

“Sputnik Armenia”nın məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Nazirlər Kabinetinin bu gün keçiriən iclasında çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyevlə dünənki Brüssel görüşü barədə danışarkən deyib.

“Müzakirələr hərtərəfli idi və asan olmadı. Amma qeyd etmək istəyirəm ki, məqsədlərimiz dəyişməz olaraq qalır və qalmalıdır. Ermənistan hökuməti dinc gündəliyi rəhbər tutur. Biz bunu həyata keçirmək üçün qətiyyət göstərməliyik”, – deyə Paşinyan vurğulayıb.

Əvvəlki məqalə

“Lukoil”un vitse-prezidenti özünü niyə öldürüb? –

Sonrakı məqalə

Rusiyada neft rəhbərlərinin müəmmalı ölümləri –