Rusiyada Putini tənqid edənlərin sayı artır –ISW

Krım körpüsündə baş verən partlayış, Ukraynadakı işğalçı qoşunların uğursuzluqları və səfərbərliklə bağlı problemlər Rusiya prezidenti Vladimir Putinin radikal qərarlar tələb edən tərəfdarlarının birbaşa tənqidinə səbəb olub.

Azpost.info bildirir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutu (ISW) məlumat yayıb.

Analitiklərin fikrincə, hərbi reportyorlar Putini və Kremli mühüm hadisələrə reaksiya vermədiklərinə görə tənqid ediblər. Onlar qeyd edirlər ki, hökumətin baş verənləri məxfi saxlaması prezidentin ətrafında toplaşmaqğı çətinləşdirir.
Digər tənqidçilər Putinin müharibədəki bir sıra uğursuzluqlara, xüsusən də “Moskva” kreyserinin batmasına əhəmiyyət verməməsindən qəzəblənirlər.

Hərbi əməliyyatların davam etməsi tərəfdarları Kerç boğazı üzərindən körpüdə baş verən partlayışa görə qisas alınmasını tələb edirlər. Əks halda Putinin susması “zəiflik” kimi qəbul olunacaq.

Onlar həmçinin Krım körpüsünə hücumun “qırmızı xətt” olacağını deyən Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin susqunluğunu tənqid edirlər.

Ekspertlər yazır ki, hərbiyönlü düşərgənin tənqidi Putinin Ukraynanın “denazifikasiyası” kimi vəd etdiyi məqsədi yerinə yetirməyi şübhə altına ala bilər və onun elektrotaı arasında cəlbediciliyini sarsıda bilər.

Əvvəlki məqalə

“Azərbaycan qazının Moldovaya ixrac imkanını müzakirə edəcəyik” –

Sonrakı məqalə

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub