Rusiyada qar uçqunu altında qalan turist qrupunda olan uşaq ölüb

Rusiyanın Murmansk vilayətində qar uçqunu altında qalmış turist qrupundan olan uşaq ölüb.

Bu barədə “RİA Novosti”yə bölgənin təcili yardım xidmətinin nümayəndəsi bildirib.

Məlumata görə, bu, 2008-ci il təvəllüdlü qız uşağıdır. Rusiya Fövqəladə Hallar Nazirliyi qrupun digər üzvlərinin tibbi yardıma ehtiyacının olmadığını bildirib.

“Qar kütləsi ​​altından 2008-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan bir uşaq çıxıb. Qalan qrup üzvlərinin heç birinin tibbi yardıma ehtiyacı yoxdur, vəziyyətləri qənaətbəxşdir”, – deyə nazirliyin məlumatında qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“…İynə ilə kitab yazan” –

Sonrakı məqalə

İrandan ölkəmizə gətirilmiş 8 ton quru xurma yararsız çıxdı –