Rusiyada sabiq prokuror arvadını öldürüb, həyətində basdırdı –FOTO

Şimali Osetiyada sabiq prokuror İqor Çeldiyevin şəhərkənarı torpaq sahəsində qadın meyiti aşkarlanıb.

Bu barədə “Baza” “Telegram” kanalı xəbər yayıb.

İlkin məlumatlara görə, tapılan meyidin sabiq prokurorun bir ay əvvəl itkin düşən arvadı İrina Bojdenkoya aid olduğu müəyyən olunub. 45 yaşlı qadın itdikdən sonra onun bacısı polisə müraciət edib. İlkin axtarışlar nəticəsiz olub.

İ.Çeldiyevin evinə gedən hüquq mühafizəçilərinin diqqətini həyətyanı sahədə ümumi landşaftdan qabaran təpə cəlb edib. Sabiq prokuror etiraf edib ki, İrinanı orada basdırıb.

O deyib ki, aralarında mübahisə yaranıb və bundan sonra qadının başından vurub.

İ.Çeldiyev qadının meyidini ərazidə zibillərin arasında basdırıb. Cəsəddə kəllə travması aşkarlanıb.

İ.Çeldiyev saxlanılıb. Onun barəsində cinayət işi açılıb.  (Oxu.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Afaq Bəşirqızı:

Sonrakı məqalə

Prezident İlham Əliyev Münhendə Əfqanıstan Prezidenti ilə görüşüb