Rusiyada son sutkada 10 581 nəfər koronavirusa yoluxub

- 76 nəfər ölüb
04 May 2020 - 12:14

Rusiyada son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 10 581 yoluxma halı qeydə alınıb, 76 nəfər ölüb. 

APA-nın TASS-a istinadən verdiyim xəbərə görə, Rusiyada koronavirusa yoluxanların sayı 145 268 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 1356 nəfərə çatıb.

Rusiyada koronavirusdan sağalanların sayı 18 095 nəfərdir.