Rusiyada sovet dövrünə aid “QAİ” maşını satışa çıxarılıb –FOTO

Avto.ru saytında vaxtilə sovet Rusiyasının Dövlət Avtomobil Müfəttişliyinə (QAİ) məxsus olmuş VAZ 2101 avtomobili satışa çıxarılıb.

Elanın müəllifi 48 illik maşına görə 380 min rubl (təqribən 8900 manat) tələb edir.

Xidməti avtomobil indiyədək 120 min km məsafə qət edib. Şəkillərə əsasən demək olar ki, avtomobil yaxşı vəziyyətdə saxlanılıb. Satıcı onun təmirə ehtiyacı olmadığını, kino çəkilişləri, korporativ gecələr və digər bu kimi tədbirlər zamanı lazım ola biləcəyini qeyd edir.

Avtomobildə 1.2 litrlik 64 at gücü olan benzin mühərriki və dördpilləli mexaniki ötürücü qutu quraşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb

Sonrakı məqalə

Qanı təmizləyən üç tərəvəz hansıdır?