Rusiyada sürət qatarı sərnişin avtobusu ilə toqquşub- Ölənlər var

Rusiyada Yaroslavl vilayətinin Berendeyevo kəndində sürət qatarı 102 nömrəli avtobusla toqquşub.

Azpost.info xəbər verir ki, hadisə nəticəsində 7 nəfər həyatını itirib.

Hadisə yerinə polis, həkimlər və təcili yardım maşınları gəlib.

Qəzanın səbəbləri və şəraiti aydınlaşdırılır.

“Berendeyevo kəndində avtobusla sürət qatarın toqquşması baş verib. Hadisə yerində polis əməkdaşları, həkimlər və təcili tibbi yardım mütəxəssisləri işləyir. Təfərrüatlar təsdiqlənir. Mən həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm”, – qubernator Mixail Evrayev bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.