Rusiyada təbliğatçı-təşviqatçı yetişdirən institut yaradılacaq- DETALLAR

Rusiyada vətənpərvərliyi təbliğ edən, təşviqatçı və təbliğatçılar hazırlayan ali təhsil müəssisəsi yaradılacaq.

Azpost.info xəbər verir ki, bu ideya Mədəniyyət Nazirliyi Dövlət Dumasının işçi qrupu ilə birlikdə gerçıkləşdiriləcək.

Dumanın deputatı Nikolay Noviçkov bildirib ki, institutun bazasında funksionallıq baxımından “təşviqatçılar-təbliğatçılara” oxşar və mənəvi dəyərlərin “tərcüməçisi” olacaq mütəxəssislərin hazırlanması planlaşdırılır.

Deputatın sözlərinə görə, dövlət ideologiyasından imtina edildiyi son 30 ildə Rusiya təbliğat-təşşviqat işi üzrə ixtisaslaşmadan məhrum olub və bunu bərpa etmək lazımdır.

Azpost.info

Əvvəlki məqalə

“Azərbaycanın dəstəyi olmasa, Avropada enerji stabitliyi olmayacaqdı”

Sonrakı məqalə

Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib