Rusiyanın Kemerovo vilayətində “L-410” tipli təyyarə sərt eniş edib.
“RİA Novosti”nin məlumatına görə, dörd nəfər ölüb, onlardan ikisi pilotdur. 15 nəfər xəsarət alıb. Hadisə Promışlennovski rayonunun Juravlevo kəndi ərazisində baş verib.
Təcili tibbi yardım xidmətinin sonradan verdiyi məlumata görə, hadisə nəticəsində 7 nəfər ölüb, 13 nəfər xəsarət alıb.