Rusiyada tabut qiymətləri rekord həddə bahalaşıb

Ukrayna ilə müharibə fonunda Rusiyada dəfn xidmətlərinin və malların qiyməti kəskin şəkildə artıb.

Azpost.info xəbər verir ki, “Rosstat”ın məlumatına görə, 2022-23-cü illərdə ölkədə tabutun hazırlanmasının orta qiyməti 22,2 faiz artıb.

Müharibənin birinci ilində tabutlar 15,82, ötən il isə il isə daha 5,55 faiz bahalaşıb.

Eyni zamanda, “Rosstat”a görə, “qəbir qazma” xərcləri sürətlə artır. Ötən il bu xidmət üzrə qiymət artımı 11,25 faizə çatdı və mövcud statistikanın bütün dövrü üçün maksimum oldu. Ümumilikdə, iki illik müharibədə qəbirlərin qazılması 20,6 faiz bahalaşıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.