Rusiyada terror hadisəsinin qarşısı alınıb-

3 yaraqlı öldürülüb
30 Aprel 2020 - 22:00

Rusiya Federal Təhlükəzislik Xidmətinin (FTX) əməkdaşları Yekaterinburqun Çkalovski rayonunda anti-terror əməliyyatı keçirərək planlaşdırılmış terror hadisəsinin qarşısını alıb. Əməliyyat zamanı 3 yaraqlı öldürülüb.

Azpost.info bloggernews.ru-ya istinadən xəbər verir ki, bu barədə Terrorla Mübarizə Milli Komitəsi məlumat yayıb. Bildirilib ki, əvvəlcədən hazırlanmış terror aktının qarşısı vaxtında alınıb.

Əməliyyat zamanı ərazidə kustar üsulla hazırlanmış partlayıcı qurğular, silah və sursat aşkarlanıb.