Rusiyanın İrkutsk şəhərində xilasedici inanılmaz reaksiya sərgiləyərək 15-ci mərtəbədən düşən yeniyetməni xilas edib.
“Irkutsk Media” xəbər verir ki, peşəkar 43 metrlik hündürlükdən düşən qızı göydə ayaqlarından tutaraq eyvana çəkib. Məlumata əsasən, 16 yaşlı qız özünü eyvandan ataraq intihar etmək istəyib.
Xilasetmə zamanı başı eyvana bərk dəyən qızı xəstəxanaya göndəriblər.