Rusiyada yaşayan hüquqşünas Elman Paşayev həbs edilib

Rusiyada yaşayan azərbaycanlı hüquqşünas, keçmiş vəkil Elman Paşayev Moskvada həbs edilib.

Bu gün Moskva Hərbi qarnizon məhkəməsində Paşayevin barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxılıb.

Məhkəmə Paşayevi noyabrın 15-dək istintaq təcridxanasına göndərib.

Qeyd edək ki, E. Paşayev xüsusilə külli miqdarda dələduzluqda şübhəli bilinir. Onun 300 min dollar və 18,5 milyon rubl qarşılığında bloger Aleksey Blinovski və həyat yoldaşını cinayət təqibindən azad edəcəyinə söz verdiyi bildirilib(apa).

Əvvəlki məqalə

Süleyman Əhmədov küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sonrakı məqalə

Azərbaycan və Özbəkistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib