Prezident Vladimir Putin cümə axşamı Rusiyanın təhsil nazirinin koronavirusa yoluxduğunu və ölkədə azı 250 000-dən çox yoluxanlardan 6-nın yüksək vəzifəli məmurlar olduğunu deyib.
Lakin yüksək səviyyəli səhiyyə rəsmisi Anna Popova son iki həftə ərzində ilk dəfə gündəlik yoluxma hallarının 10 mindən az olduğunu bildirildikdən sonra Rusiyanın yeni yoluxma hallarının azalmasına nail olduğunu deyib.
Video bağlantı ilə keçirilən hökumət iclasında Putin 41 yaşındakı elm və ali təhsil naziri Valeriy Falkovun koronavirusa yoluxduğunun və artıq sağaldığının gizli olmadığını deyib və ondan özünü necə hiss etdiyini soruşub.
“Təşəkkür edirəm Vladimir Vladimiroviç, indi daha yaxşıyam və yenidən işə qayıtmağa hazıram” – deyə, nazir cavab verib.
Falkov Putinin hökumətinin koronavirus xəstəliyinə tutulduğu bildirilən dördüncü üzvüdür. Koronavirusa yoluxan baş nazir Mixail Mişustin hələ də müalicə olunur. Lakin o, hökumətin video bağlantı ilə keçirilən iclasında azı bir dəfə iştirak edib.
Bu həftənin əvvəlində Kremlin veteran sözçüsü Dmitri Peskovun da koronavirusa yoluxduğu və onda ikiqat sətəlcəm xəstəliyi olduğu bildirilib.
Kreml 67 yaşlı Putinin sağlamlığının qorunduğunu və son zamanlar onun hökumət iclaslarını Moskva iqamətgahından video bağlantı vasitəsi ilə keçirdiyini deyib.