Rusiyadan xaricə pul köçürülməsi üçün məhdudiyyətlər daha 6 ay uzadılıb

Rusiyadan xaricə pul köçürülməsinə tətbiq olunan məhdudiyyətlər daha altı ay uzadılıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının məlumatında bildirilib. Qeyd olunub ki məhdudiyyətlər bu ilin sentyabrın 30-dək qüvvədə olacaq.

Məhdudiyyətlərə əsasəm, Rusiya vətəndaşları və dost ölkələrin rezidentləri xarici bank hesablarına 1 milyon dollardan çox olmayan (və ya digər valyutalarda ekvivalenti) köçürə bilərlər.

– Pul köçürmə sistemləri vasitəsilə limit – 10 min dollardan çox olmamalıdır.

– Rusiyada işləyən qeyri-rezidentlər əmək haqqına bərabər məbləğdə xaricə vəsait köçürə bilərlər.

– Rusiyada işləməyən qeyri-rezident fiziki və hüquqi şəxslər üçün xaricə pul köçürmələri qadağandır. Rusiya vətəndaşları və ya təşkilatları tərəfindən idarə olunan xarici şirkətlər isə istisnadır.

Əvvəlki məqalə

Azərbaycan XİN Fransanın rəsmi qurumlarını təxribatçılığa son qoymağa çağırıb

Sonrakı məqalə

Ekspert Gömrük Komitəsinin ləğv olunmasını təklif edib