Rusiyalı deputat Ağdam Cümə məscidinə baş çəkib

05 May 2021 - 12:00

Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev Ağdama səfər edib.

Rusiyalı deputat Ağdan Cümə məscidində olub.

Qonağa ermənilərin işğal müddətində məscidə vurduğu ziyan, ümumilikdə isə Ağdam rayonunda törətdiyi vandallıq əməlləri və vəhşiliklər barədə ətraflı məlumat verilib.