Rusiyalı milyarder özünü öldürdü

Rusiyalı milyarder Dmitri Bosov intihar edib.
“Qafqazinfo” rbc.ru-ya istinadən xəbər verir ki, məlumatı iş adamının yaxınları təsdiqləyiblər.
52 yaşlı biznesmen mayın 6-na keçən gecə Usovodakı evində özünü öldürüb. İntiharın səbəbləri araşdırılır.
Qeyd edək ki, Dmitri Bosov “Sibantratsita” və “Vostokuql” şirkətlərinin, “Artplay” memarlıq və dizayn mərkəzinin sahibidir. O, “Forbes”in dünyanın ən zəngin biznsemenləri siyahısında 86-cı yerdədir.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Məhkəmə İmişlinin sabiq icra başçısı barəsində həbs qərarı verdi

Sonrakı məqalə

Vilyam Hacıyevə verilən ittihamlar məlum olub