“Rusiyanın ən varlı adamlarının sərvəti 11 milyard dollar artıb”- “Bloomberg” (RƏQƏMLƏR)

2024-cü ilin ilk iki ayında Rusiyanın ən varlı adamlarının sərvəti 11 milyard dollar artıb. Beləliklə, rusiyalı milyarderlərin ümumi sərvəti martın 1-nə 345,11 milyard dollar olub.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” “Billionaires Index”ə (BBI) istinadən yazıb.

İndeks milyarderlərin səhmlərinin qiymətinə əsasən hesablanır. BBI reytinqində ümumilikdə dünyanın 500 ən varlı adamı yer alıb və hazırda bu siyahıya 26 rusiyalı daxildir.

BBI-nin məlumatına görə, ilin əvvəlindən “Evroxim” və SUEK-in həmtəsisçisi Andrey Melniçenko 3,86 milyard dollar qazanıb, onun sərvəti 22,7 milyard dollar təşkil edib. “Severstal”ın əsas səhmdarı Aleksey Mordaşovun sərvəti isə 2,08 milyard dollar artaraq 23 milyard dollara çatıb. NLMK Direktorlar Şurasının üzvü Vladimir Lisin 1,49 milyard dollar qazanaraq sərvətini 25,4 milyard dollara çatdırıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.