Rusiyanın Əməkdar artistini qatar vuraraq öldürüb

Moskvanın “Javoronki” dəmir yolu stansiyası ərazisində qatar Rusiyanın Əməkdar artisti 1941-ci il təvəllüdlü Qalina Daşevskayanı vurub öldürüb.

RİA Novosti xəbər verir ki, bu barədə Moskva Regionlararası Nəqliyyat İstintaq İdarəsi rəhbərinin böyük köməkçisi Yelena Markovskaya bildirib.

Hadisənin araşdırıldığını deyən Markovskayanın sözlərinə görə, qəza bu gün, saat 12.06-da baş verib.

İlkin məlumata görə, aktrisa dəmir yolunun keçidində “qadağanedici siqnal”a məhəl qoymayaraq yoluna davam edərkən qatar onu vurub. Aktrisa hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, Q.Daşevskaya “Çölün ağ günəşi” filmindək oynadığı obrazla daha çox tanınır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlham Əliyev sammitdə Paşinyana sərt cavab verdi:

Sonrakı məqalə

Sabiq xarici iqtisadi əlaqələr naziri Əli İnsanovun müavini seçildi