“Rusiyanın aktivləri dondurulmuş vəziyyətdə qalacaq”- G7-dən BƏYANAT

G7 ölkələri Ukrayna münaqişəsi çərçivəsində Kiyevə dəymiş ziyana görə Moskvadan ödəniş alana qədər Rusiyanın aktivlərini dondurulmuş saxlamaq qərarına gəliblər.

Azpost.info xəbər verir ki, bu barədə G7 maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin Vaşinqtondakı görüşdən sonra verdiyi birgə bəyanatda bildirilir.

“Ukraynaya dəymiş ziyana görə Rusiyadan ödəniş almaq əzmində olduğumuzu bir daha təsdiq edirik. O vaxta qədər Rusiyanın yurisdiksiyalarımızdakı suveren aktivləri dondurulmuş vəziyyətdə qalacaq”, – bəyanatda deyilir.

G7 ölkələrinin liderləri Aİ-nin Moskvanın aktivlərindən əldə olunan gəlirləri Kiyevin xeyrinə yönəltmək təkliflərini alqışlayırlar.

Eyni zamanda, G7 liderləri Rusiya metallarının birjalarda dövriyyəsinə qarşı Böyük Britaniya və ABŞ-ın tətbiq etdiyi sanksiyaları təsdiqləyiblər.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Sonrakı məqalə

Xaricdə işə düzəltmək adı ilə vətəndaşların pulunu ələ keçirməyə görə iki şirkətin rəhbərinə cinayət işi açılıb