Rusiyanın Azərbaycanla ticarətdə payı azalır –Bizim bazar cazibədar deyil?  

Bu ilin ilk yeddi ayında Azərbaycan və Rusiya arasında ümumi ticarət dövriyyəsinin həcmi 1.606.996,85 min ABŞ dolları təşkil edib.

Azpost.info bildirir ki, Dövlət Gömrük Komitəsinin yaydığı statistik məlumatlara görə, bu, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 302.919,97 min dollar və ya 23,23 faiz çoxdur. Rusiyanın Azərbaycanın ümumi ticarət dövriyyəsindəki payı isə 7,76 faiz təşkil edir. Bu məbləğin 423.234,91 min dolları ixracın payına düşür ki, bu da ötən ilin 7 ayı ilə müqayisədə 36.303,69 min dollar və ya 9,38 faiz azdır.

Rusiyanın ixracının Azərbaycanın ümumi ixracdakı payı 3,45 faiz təşkil edir.

Bu ilin 7 ayı ərzində Azərbaycan Rusiyaya 1.183 761,94 min dollar həcmində məhsul idxal edib ki, bu da ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 266.616,28 min dollar və ya 29,07 faiz çoxdur. Rusiyanın idxalının Azərbaycanın ümumi idxaldakı payı 14,04 faiz təşkil edir.

Qeyd edək ki, 2018-ci ilin yanvar-iyul aylarında Azərbaycan və Rusiya arasında ümumi ticarət dövriyyəsinin həcmi 1.304.076,88 min dollar təşkil edib. Bu həcmin 386.931,22 min dolları Azərbaycanın ixracının, 917.145,66 min dolları isə idxalının payına düşüb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların sabaha olan rəsmi məzənnəsi

Sonrakı məqalə

Məmmədyarov ingilis səfirinə Paşinyandan şikayətləndi: