Rusiyanın Baş Prokuroru Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycan Respublikasının Baş Prokurorluğu cinayətkarlıqla mübarizə sahəsində bir sıra beynəlxalq və regional təşkilatlarla, o cümlədən xarici ölkələrin prokurorluq və digər cinayət təqibi orqanları ilə işgüzar əlaqələr və dostluq münasibətlərinin qurulması zəminində səmərəli fəaliyyətini davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən  verilən xəbərə görə, Rusiya Federasiyasının Baş Prokuroru İqor Krasnov 8 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlib.

Hər iki qurum rəhbərləri ikitərəfli qarşılıqlı fəaliyyətin müxtəlif aspektlərini, prokurorluq fəaliyyətinin ən aktual məsələləri üzrə birgə tədbirlərin keçirilməsinin perspektivlərini müzakirə etmək və bir sıra ikitərəfli sənədləri imzalamaq niyyətindədirlər.

Səfərin təfərrüatları barədə ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib –

Sonrakı məqalə

Azərbaycanın 89 müəssisəsinə Rusiyaya pomidor ixrac etməsinə icazə verilib