Kreml Rusiyanın defolt olması ilə razılaşmır.
Azpost.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
“Bloomberg”in xəbərinə görə, Peskovdan Kremlin Rusiyanın 1918-ci ildən bəri ilk dəfə defoltla üzləşməsi ilə razılaşıb-razılaşmadığını soruşublar. O, “xeyr, razı deyilik” deyə cavab verib.
Peskov qeyd edib ki, defolt iddiaları tamamilə əsassızdır: “Rusiya hələ may ayında lazımi ödənişləri xarici valyutada edib. “Euroclear”ın bu pulu saxlaması artıq bizim problemimiz deyil”.
Defolt – borclunun öz borcunu ödəməməsidir. Hökumətin defolt olması kredit reytinqini aşağı salır, bundan sonra ölkənin yeni kreditlər cəlb etməsi çətinləşir və ya qeyri-mümkün olur.
Azpost.info