Astarada 25 yaşlı hamilə qadın ölüb

Astarada doğuşa hazırlaşan 25 yaşlı qadın ölüb.

Rayonun Giləkəran kənd sakini, 1997-ci il təvəllüdlü Aytən Eldəniz qızı Qasımzadə yaşadığı evdə dünyasını dəyişib.

Qadının meyiti müayinə olunmaqdan ötrü aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, mərhum 9 aylıq hamilə olub və 3-cü dəfə ana olmağa hazırlaşırdı.

Hazırda qadının hansı səbəbdən dünyasını dəyişdiyi araşdırılır. (APA)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.