Rusiyanın Fövqəladə hallar naziri həlak olub

Rusiyanın fövqəladə hallar naziri, ordu generalı Yevgeni Ziniçev həlak olub.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Y. Ziniçev xidməti vəzifəsinin icrası zamanı ölüb.

“Yevgeni Ziniçev Norilskdə keçirilən qurumlararası təlimlərdə bir nəfərin həyatını xilas edərkən faciəli şəkildə həlak olub”, – deyə Rusiya FHN-in məlumatında qeyd olunur.

Y. Ziniçev 1966-cı ildə Leninqradda (indiki Sankt-Peterburq) doğulub. 2018-ci ildə Rusiyanın fövqəladə hallar naziri təyin olunub.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvü idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Milyonçu futbol rəhbərləri, utanırsız heç?” –

Sonrakı məqalə

Ronaldo məşqə 200 min avroluq maşınla gəldi –