Rusiyanın “Həzi Aslanov” neft tankerində partlayış olub 

24 Oktyabr 2020 - 21:58

Rusiyanın Azov dənizində üzən “Həzi Aslanov” neft tankerində partlayış olub.

Azpost.info bildirir ki, tankerdə olan 10 ekipaj üzvünü xilas edilib. 3 nəfər dənizə düşüb.

Rgionun ekstrimal xidmətindən bildirilib ki, tankerdə 13 nəfər olub. Partlayışlar Azov dənizindəki yanğından sonra baş verib.

FHN bildirib ki, gəmi “Qafqaz” limanından Rostov-Dona gedirmiş. Hazırda “Həzi Aslanov” tankerini xilas etmək üçün 3 gəmi yola düşüb.