İl-76 təyyarəsi Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulub.
Bu barədə Ukrayna Silahlı Qüvvələrdəki mənbələr bildirir.
“Ukrainskaya pravda”nın mənbəsinə görə, təyyarəni Ukrayna Silahlı Qüvvələri vurub.
“Baş Qərargahdakı mənbə nəşrə bildirib ki, təyyarə S-300 raketlər daşıyıb”, – deyə UP yazır.
Mənbə qeyd edib ki, əsirlərin mübadiləsi ilə bağlı heç bir razılaşma olmayıb və vurulan təyyarədə S-300 raketləri olub.
Xatırladaq ki, bu gün saat 11.00 radələrində Rusiyanın Belqorod vilayətində İl-76 təyyarəsi qəzaya uğrayıb.
Azpost.info