Rusiyanın İl-76 hərbi təyyarəsini Ukrayna vurub

İl-76 təyyarəsi Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrdəki mənbələr bildirir.

“Ukrainskaya pravda”nın mənbəsinə görə, təyyarəni Ukrayna Silahlı Qüvvələri vurub.

“Baş Qərargahdakı mənbə  nəşrə bildirib ki, təyyarə S-300 raketlər daşıyıb”, – deyə UP yazır.

Mənbə qeyd edib ki, əsirlərin mübadiləsi ilə bağlı heç bir razılaşma olmayıb və vurulan təyyarədə S-300 raketləri olub.

Xatırladaq ki, bu gün saat 11.00 radələrində Rusiyanın Belqorod vilayətində İl-76 təyyarəsi qəzaya uğrayıb.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.