Rusiyanın İnşaat naziri və müavini koronavirusa yoluxub

02 May 2020 - 01:08

Rusiyanın İnşaat naziri Vladimir Yakuşev və müavini Dmitri Volkov koronavirusa yoluxub.

RİA Novosti xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

Bildirilib ki, hər ikisi xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, ötən gün Rusiyanın Baş Naziri Mixail Mişustində də yeni növ koronavirus infeksiyası aşkarlanıb. Baş nazir bu barədə prezident Vladimir Putinlə videobağlantı zamanı bildirib.