Rusiyanın İstanbul konsulluğunun qarşısında türk vətəndaşlarının etiraz aksiyası keçirilir.
Azpost.info türk KİV-lərinə istinadən bildirir ki, vətəndaşlar İdlibdə hava zərbələri nəticəsində həlak olan türk əsgərlərinə olan bu hucumu pisləyirlər.
Baş konsulluq polis tərəfindən mühasirəyə alınıb. Buna baxmayaraq etirazçılar konsulluğun binasına daxil olmağa cəhd edirlər. İstiqlal Caddəsində toplanan vətəndaşların sayı artır. Onlar “qatil Rusiya”, “Şəhidlərin hesabı sorulacaq” şüarlarını səsləndirir.