“Vaşinqton Rusiyanın Ukrayna infrastrukturuna zərbələrini pisləyir və Kiyevin “çirkli bomba”dan istifadə ehtimalı ilə bağlı yayılan xəbərləri rədd edir”.
Azpost.info xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin bildirib.
“Ostin Ukraynanın mülki infrastrukturına hücumları qətiyyətlə pisləyib və bir daha təsdiq edib ki, ABŞ Rusiyanın Kiyevə qarşı saxta ittihamlarını rədd edir. Həmçinin Rusiyanın bütün bunlardan qanunsuz və əsassız müharibəni daha da gücləndirmək üçün bəhanə kimi istifadə etdiyini bildirir”, – Pentaqonun saytında yayılan bəyanatda deyilir.
Ostin ukraynalı həmkarı Aleksey Reznikovla söhbətdə ABŞ-ın Ukraynanın müqavimət qabiliyyətini dəstəkləmək öhdəliyini bir daha təsdiqləyib.
Azpost.info