Rusiyanın istehsal etdiyi koronavirus vaksini qeydiyyat sonrası tədqiqatlar üçün Moskvada 3 poliklinikaya təhvil verilib.
Trend-in məlumatına görə, tədqiqatlar gələn həftə başlayacaq. Bu gündən etibarən, Moskva sakinləri tədqiqatlarda könüllü qismində iştirak etmək üçün müraciət edə bilərlər.
Qeyd edək ki, Rusiyada avqustun 11-də dünyada ilk dəfə olaraq koronavirus vaksinini qeydiyyatdan keçirmişdi.