“Rusiyanın Ukraynada nüvə silahından istifadə edə biləcəyi ilə bağlı bəyanatlar mülahizələrdir”.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Bu cür mülahizələr Qərb mediası tərəfindən yayılır. Düşünürəm ki, bunun hər hansı şərhə ehtiyacı yoxdur. Onlara münasibət bildirməyin mənası yoxdur”, – Peskov bildirib.
CNN ABŞ prezident administrasiyasındakı iki yüksək rütbəli mənbəyə istinadən məlumat yayıb ki, Vaşinqton 2022-ci ilin sonundan Rusiyanın Ukraynaya taktiki və ya nüvə silahı ilə zərbə endirməsinə hazırlaşmağa başlayıb. Telekanalın məlumatına görə, Birləşmiş Ştatlar təhlil və yeni kəşfiyyat məlumatları əsasında belə bir hücum gözləyirdi.
Azpost.info