“Rusiyanın nüvə təhdidinə ciddi yanaşmaq lazımdır”.
Azpost.info xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Jozep Borrel BBC-yə verdiyi müsahibədə deyib.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin ölkənin silahlı qüvvələrinin nüvə potensialından istifadə etməyə hazırdır.
Eyni zamanda, Borrel Kiyevə dəstəyi davam etdirməyə, Rusiya iqtisadiyyatını isə bundan sonra da sanksiyalarla sarsıtmağa çağırıb: “Moskvaya səfər edən, Putinlə danışmaq üçün Kremlə gələn hər kəs ondan eyni cavabı alıb: “Mənim hərbi məqsədlərim var və onlara nail olana qədər mübarizəmi davam etdirəcəyəm”.
Borrel onu da qeyd edib ki, münaqişə diplomatiya yolu ilə həll edilməlidir.
Azpost.info
