“Rusiyanın qələbəsi NATO üçün böyük risk və xərcdir”- STOLTENBERQ

Ukraynadakı münaqişənin nəticəsi gələcək onilliklər üçün qlobal təhlükəsizlik baxımdan həlledici olacaq.

Azpost.info xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Alyansın yubiley sammiti zamanı deyib.

Stoltenberq ölkələri azadlıq və demokratiya uğrunda mübarizəyə başlamağa çağırıb.

“Bu müharibənin nəticəsi gələcək onilliklər üçün qlobal təhlükəsizliyi müəyyən edəcək. Azadlıq və demokratiya üçün ayağa qalxmağın vaxtı çatıb.  Məkan Ukraynadır”, – Stoltenberq bildirib.

NATO Baş katibi Rusiyanın münaqişədə potensial qələbəsini Alyans üçün ən böyük risk və ən böyük xərc adlandırıb. Stoltenberq qeyd edib ki, belə bir nəticəyə yol vermək olmaz.

Azpost.info

Əvvəlki məqalə

“Heç kim yanılmasın, Rusiya bu müharibəni uduzur”

Sonrakı məqalə

Aktiv ƏDV ödəyicilərinin sayı 8 faizə yaxın artıb