Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

“Rusiyanın Qarabağda qalmaq imkanı yoxdur. Bakı mandatı uzatmayacaq” –

User 31 Avqust 2023 - 23:32 (Last updated: 21 May 2025 - 20:15)
kolerov02

“Rusiyanın Qarabağda qalmaq imkanları yoxdur”.

Azpost.info bildirir ki, bunu News.am-ə müsahibəsində “Regnum” Agentliyinin sabiq baş redaktoru, rusiyalı tarixçi Modest Kolerov deyib.

Onun sözlərinə görə, obrazlı ifadə olunsa sülhməramlılar Qarabağda quş hüququ” statusundadırlar. M.Kolerov bunu imkanların və mandatın olmaması ilə izah edib. Onun fikrincə bu mandat heç gələcəkdə də olmayacaq.

“Bakı sülhməramlılara mandat verməkdən imtina edib. Onların hazırkı mandatı uzadacağına əmin deyiləm”, – Kolerov bildirib.

Onun sözlərinə görə, mandat olmadan sülhməramlıların heç bir hərəkət legitim olmayacaq: “Əgər Ukraynada vəziyyət indi başa çatmaq üzrə, Kiyevin təslim olmasına yaxınlaşsaydı, Rusiyanın Qarabağ məsələsində mövqeyi güclənərdi. Amma bu hələ baş verməyib və gələn il də olmayacaq”.

M.Kolerov deyib ki, Rusiyanın Ermənistanda hərbi mövcudluğu uzun müddətdir ki, mənasını itirib. Çünki Moskvanın Cənubi Qafqazda maraqları Rusiyanın Abxaziya və Cənubi Osetiyadakı hərbi bazaları ilə tam təmin olunub.

“Rusiyanın Gümrü və Erebunidəki bazaları təcrid olunub, blokadaya alınıb və Ermənistan tərəfindən qeyri-dost siyasi mühitdədir. Onlar əhəmiyyətini xeyli vaxtdır itirib. Bu bazalar Rusiyanın maraqlarını qorumurlar, Paşinyanın əlində girovdurlar. Onların Ermənistan ərazisindən çıxarılması qaçılmazdır”, – Kolerov vurğulayıb.

Onun fikrincə, bu hadisələrdən sonra Türkiyənin nüfuzunun güclənməsi Rusiya üçün təhlükə yaratmır: “İqtisadi baxımdan Türkiyə çoxdandır Ermənistandadır. Qatar artıq gedib. Hərbi-siyasi təsirə gəlincə, Ermənistan artıq NATO-ya yönləndirmək istəyir. Beləliklə, Ermənistanın Türkiyə qarşısında NATO müttəfiqi olacaq”.

M.Kolerovun sözlərinə görə, Fransanın fəaliyyətinə gəlincə, o, ancaq özünü böyük dövlət kimi qələmə verir: “Bu ölkənin prezidenti, hətta Parisdə belə, qayda-qanun yarada, talanların qarşısını ala bilmir. O, Cənubi Qafqazda nə edə bilər? Heç nə”, – deyə Kolerov yekunlaşdırıb.

 

Azpost.info

Post navigation

Previous: Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub
Next: Şəkidə zəlzələ olub

Oxşar xəbərlər

hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25
hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27
ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.