“Rusiyanın süqutu Şimali Qafqazdan başlanacaq” –Saakaşvilidən AÇIQLAMA

Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili Rusiyanın dağılacağını proqnozlaşdırıb.

Azpost.info bildirir ki, sabiq prezident bu barədə telekanalın “Droeba” proqramına yazılı müsahibəsində bildirib.

“Ukrayna, şübhəsiz ki, cəbhədə dönüşə nail olacaq. Qərb Putin rejiminə son qoymaq qərarına gəlib. Rusiya sadə amillərə parçalanmağa başlayacaq – Bu, ilk növbədə Şimali Qafqazdan başlayacaq. İndi Rusiyanın “qara pulları” və siyasi məqsədləri ilə gözlərini kor edib Putin Rusiyasına dəstək verən hər kəs çox ciddi yanılır. Onlar sonda tam məğlubiyyətə düçar olacaq”, – deyə Saakaşvili bildirib.

O, həmçinin yazıb ki, Rusiyanın dağılması Gürcüstana Abxaziyanı qaytarmaq şansı verəcək. Digər tərəfdən, Şimali Qafqazda baş verən proseslər  keçmiş əsrlərdə dağlıların basqınlarına – deyilən hadisəyə -“lekianoba” təhlükəsinə gətirib çıxara bilər.  “Yeganə xilas yolu Avropa Birliyi və Ukraynadadır”.

Onun fikrincə, Gürcüstan gələcəkdə “Soçi bölgəsindən keçəcək Ukrayna ilə ümumi sərhədə hazırlaşmalıdır.

Azpost.info

Əvvəlki məqalə

Lənkəranda çimərlikdə mina tapılıb

Sonrakı məqalə

İlham Əliyev Britaniyanın Azərbaycan üzrə ticarət elçisini qəbul edib