“Rusiyanın “Vaqner” hərbi qrupu Belarusda terror törətməyə hazırlaşıb” –

Təhlükəsizlik Şurasının katibi
30 İyul 2020 - 11:22

“Belarusda saxlanılan Rusiyanın “Vaqner” qrupunun döyüşçüləri ölkədə terror aktları törətməyə hazırlaşıblar”.

“RİA Novosti”nin yaydığı məlumata görə, bu sözləri Belarusun Təhlükəsizlik Şurasının katibi Andrey Ravkov bildirib. O qeyd edib ki, faktla bağlı cinayət işi başlanılıb.

Qeyd edək ki, dünən Belarus hüquq-mühafizə orqanları Minskdə Rusiyanın özəl hərbi şirkətinin 32 döyüşçüsünü həbs edib. Döyüşçülər Rusiyanın “Vaqner” özəl hərbi qrupunun üzvləridir.