“Belarusda saxlanılan Rusiyanın “Vaqner” qrupunun döyüşçüləri ölkədə terror aktları törətməyə hazırlaşıblar”.
“RİA Novosti”nin yaydığı məlumata görə, bu sözləri Belarusun Təhlükəsizlik Şurasının katibi Andrey Ravkov bildirib. O qeyd edib ki, faktla bağlı cinayət işi başlanılıb.
Qeyd edək ki, dünən Belarus hüquq-mühafizə orqanları Minskdə Rusiyanın özəl hərbi şirkətinin 32 döyüşçüsünü həbs edib. Döyüşçülər Rusiyanın “Vaqner” özəl hərbi qrupunun üzvləridir.
