Rusiyanın Vergi Xidmətinin rəhbəri yeni Baş nazir olur –Putin onun namizədliyini təklif etdi

Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına Rusiya Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin baş nazir vəzifəsinə namizədliyini təqdim edib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Prezident Vladimir Putin Mixail Mişustinlə işgüzar görüş keçirib və onu baş nazir vəzifəsinə dəvət edib. Razılığını alan Putin, Mişustinin baş nazir kimi namizədliyini Dövlət Dumasının müzakirəsinə təqdim edib”, – deyə mətbuat xidməti bildirib.

Mişustin Rusiya Federasiyasının Federal Vergi Xidmətinə 2010-cu ilin aprel ayından rəhbərlik edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tanınmış vəkil barəsində intizam icraatına xitam verildi

Sonrakı məqalə

Abşeronda 13 yaşlı yeniyetmə qızı avtomobil vurub