Rusiyaya aparıldığı hesab edilən 161 ukraynalı uşaq Almaniyada tapılıb

Rusiyaya aparıldığı hesab edilən 161 ukraynalı uşaq Almaniyada tapılıb.

Azpost.info xəbər verir ki, bu barədə Ukrayna polisinin rəhbəri İvan Vıqovski Almaniya Federal Cinayət İdarəsinin rəhbəri ilə görüşündə bildirib.

O, uşaqların Almaniya ərazisinə tam olaraq necə düşdüyünü açıqlamayıb.

Vıqovski əlavə edib ki, Almaniyadan olan həmkarları uşaqların Rusiyaya deportasiyasına dair sübutların toplanmasına kömək ediblər.

Vıqovski həmçinin bildirib ki, Kiyev həm ikitərəfli əsasda, həm də “Avropol”un himayəsi altında alman tərəfdaşları ilə birgə fəaliyyətdə maraqlıdır.

Azpost.info

Əvvəlki məqalə

Çingiz Abdullayev xəstəxanadan evə buraxılıb-

Sonrakı məqalə

Ceyhun Bayramov AQEM-in Baş katibi ilə görüşüb