Rusiyaya işləməyə gedənlər ailələrini özləri ilə apara bilməyəcək- Rəsmi QADAĞA

Rusiya Duması əməkçi miqrantların ailələrini özləri ilə Rusiyaya gətirməsini qadağan edən qanun layihəsi hazırlayır.

Azpost.info xəbər verir ki, bu barədə Dumanın sədri Vyaçeslav Volodin bildirib.

“İşləməyə gələn şəxs özü ilə ailə üzvlərini gətirə bilməz. İndi biz bu yanaşmanı federal qanun şəklində reallaşdırmağa çalışırıq”, – Volodin deyib.

O əlavə edib ki, bu təşəbbüs deputatların əksəriyyəti tərəfindən dəstəklənəcək.

Volodinin fikrincə, miqrantların ailələrinin və qohumlarının Rusiyaya köçməsi problemlər yaradır, ona görə də əcnəbilər ölkəyə işləmək üçün gəlməlidirlər: “Eyni zamanda, işçinin yaşamını onu qəbul edən müəssisə təşkil etməlidir. Qohumlara və ailələrə gəlincə, onlar şəxsin gəldiyi ölkədə gözləməlidirlər”.

Volodin Rusiyaya işləmək üçün gələn əcnəbilərin rus dilini bilmələrinin, yerli adət-ənənələrə hörmət etmələrinin və qanunlara riayət etmələrinin vacibliyini qeyd edib. “Biz indi qanunvericiliyə dəyişikliklər etmişik. Qaydanı pozan miqrant dərhal ölkədən çıxarılır”.

Azpost.info

Əvvəlki məqalə

Ukrayna Rusiyanın 50 milyon dollarlıq “Su-30SM” qırıcısını məhv edib

Sonrakı məqalə

Yağış yağacaq, leysan olacaq, dolu düşəcək