“Rusiyaya lazımi cavabı verməsək, növbə bizə gələcək”- ŞARL MİŞEL

Avropa İttifaqı ölkələri öz iqtisadiyyatlarını müharibə vəziyyətinə uyğunlaşdırmalı və Ukraynanın Rusiya üzərində qələbəsini təmin etmək üçün mümkün olan hər şeyi etməlidir.

Azpsot.info xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bildirib.

“Rusiya qitəmizə və qlobal təhlükəsizliyə ciddi hərbi təhdid yaradır. Əgər biz Avropa İttifaqı olaraq lazımi cavabı verməsək və Ukraynaya kifayət qədər yardım göstərməsək, növbə bizə gələcək”, – Mişel deyib.

O, Avropa ölkələrini iqtisadiyyata yanaşmalarını yenidən nəzərdən keçirməyə və müdafiə məsələlərini birinci yerə qoymağa çağırıb.

“Biz müdafiəyə hazır olmalı və “müharibə iqtisadiyyatı” rejiminə keçməliyik. Təhlükəsizliyimiz üçün məsuliyyət daşımağın vaxtıdır. Biz artıq başqalarına arxalana, ABŞ-da və ya başqa yerdə seçkilərin nəticələrindən asılı ola bilmərik”, – Mişel qeyd edib.

Azpsot.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.