Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyaya məxsus aktivlərin Kiyevə verilməsini quldurluq adlandırıb.
Azpost.info xəbər verir ki, Peskov belə bir qərarın beynəlxalq hüququn bütün normalarına zidd olduğunu deyib: “Bu, beynəlxalq səviyyədə quldurluqdur. Belə mövzuların beynəlxalq forumların gündəmində olmasına təəssüf edirəm”.
Qeyd edək ki, G7 ölkələri birgə bəyanatda Ukraynanın yenidən qurulmasında Rusiya aktivlərindən istifadə yollarını araşdıracaqlarını təsdiqləyiblər.
Azpost.info