“Rusiyaya qarşı təxribat təşkil edənlər çox pis peşman olacaq” –

Putindən xəbərdarlıq
21 Aprel 2021 - 14:33

“Rusiyaya qarşı istənilən provokasiyanın təşkilatçıları heç vaxt olmadığı kimi çox pis peşman olacaqlar”.

Azpost.info bildirir ki, bu sözləri Rusiya prezidenti Putin Federal Məclisə müraciətində bildirib.

Onun sözlərinə görə, Rusiya özünü təmkinli aparır: “Kiplinqin qəhrəmanı Şerxanın ətrafına çaqqalar yığışdığı kimi Rusiyanın ətrafına yığılırlar. Əgər digər ölkələr dialoq aparmaq istəmirlərsə, yüksək tonla danışmağı seçirlərsə Rusiya öz maraqlarını müdafiə etmək üçün vasitə tapacaq”-deyə Putin vurğulayıb.