“Rusiya vətəndaşlarına daha az turist vizası veriləcək”.
Azpost.info xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Pekka Haavisto bildirib.
“Finlandiya Xarici İşlər Nazirliyi ruslara vizaların verilməsini məhdudlaşdırmaq üçün mexanizm hazırlayıb. Ona əsasən, adi turist vizalarının sayı azalacaq və ailə, təhsil və ya iş üçün səyahət edənlərə üstünlük veriləcək”, – Haavisto deyib.
Azpost.info
