Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Rusların 83 faizi özlərini dindar hesab edir –

User 28 İyul 2025 - 10:10 (Last updated: 27 İyul 2025 - 21:09)
kilse

Rusların təxminən 83 faizi özlərini dindar hesab edir. Bu, dörd il əvvələ nəzərən 17 faiz çoxdur.

AzPost bildirir ki, bu barədə Ümumrusiya İctmai Rəyi Öyrənmə Mərkəzinin (VSİOM) məlumatında deyilir.

Rəy soruğunsa görə, respondentlərin 72 faizi kilsəyə gedir. 18 faiz  isə müntəzəm olaraq kilsəni ziyarət edir. Tədqiqat iştirakçılarının fikrincə, əgər beş il əvvəl dini inanc özünü dindar hesab edənlərin 55 faizinin gündəlik həyatda kömək edirdisə, bu gün bu, 62 faizdir.

Qurumin eksperti Mariya Qriqoryevanın sözlərinə görə, insanların dinə marağının təkcə aşkar artımı deyil, həm də onun dünyagörüşü amili, fərdin mədəni kodu və mənəviyyat amili kimi güclənməsi müşahidə olunur.

“Əgər 2000-ci illərdə və 2020-ci ilə qədər dinin ictimai şüura təsirinin artım dinamikası orta dərəcədə tədricən idisə, son dörd ildə imana marağın artımı nəzərəçarpacaq dərəcədə artıb. Pravoslavlığa maraq xüsusilə 24-35 yaşlı gənclər arasında artır.  Gənclər özlərini pravoslav mədəniyyəti və ənənələri ilə eyniləşdirirlər, 24 yaşdan kiçik qrup isə kəmiyyət baxımından fərqlənir, Lakin 24 – 35 yaşa qədər olan qrup kilsəyə pravoslav ənənəsinə əsaslanan mədəniyyətin tərkib hissəsi kimi hörmət edir”-deyə ekspert vurğulayıb.

Qriqoryeva həmçinin dini ədəbiyyata ictimai marağın təxminən 2017-ci ildən artdığını, 2023-cü ildən isə gücləndiyini qeyd edib. Bununla yanaşı insanların dini ayinlərə sadiqliyi nəzərəçarpacaq dərəcədə aşağıdır. Belə ki, Pasxa və Milad bayramlarını respondentlərin 45%-i qeyd edir. Müqəddəs mərasimləri bilmək və onlara riayət etmək, kilsələrə kömək etmək və oruc tutmaq kimi əməllərə dindarların 6-11% -i  əməl edir.

“Gənclər arasında dini kimliyin 25 faizdən 45 faizə qədər artması əsaslı dəyişikliklərin sensasion simptomudur”, – Sosial Tədqiqatlar üzrə Ekspert İnstitutunun (IESI) layihələrinin rəhbəri Vladimir Şapovalov deyir. “Bu, çox şeyi izah edir. Çətinlik dövründə, lokal müharibələrin və ideoloji qarşıdurmaların artması zamanı gənc nəsil – təxminən 35 yaşlı gənclər  imanla, əcdadlarının ənənəvi dəyərlərinə əməl etməklə çətin anlardan sağ çıxmaq və ya ideoloji və ya digər dəyər böhranından çıxış yolu tapmaq şansı görürlər”.

AzPost.az

Post navigation

Previous: Tarixdə bu qədər pulu olan ilk adam –
Next: Tayvanda PUA satışı bir ildə 749 faiz artıb

Oxşar xəbərlər

SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23

xƏBƏR

tramp iran
  • Dünya

Tramp gələn həftə İrana zərbə endirə bilər – Associated Press

User 30 Oktyabr 2026 - 19:12
Vəziyyətlə tanış olan iki diplomatın sözlərinə görə, ABŞ rəsmiləri Yaxın Şərqin bir sıra ölkələrini və regiondakı müttəfiqlərini...
Read more about Tramp gələn həftə İrana zərbə endirə bilər – Associated Press
“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25
65 yaşdan sonra həftədə neçə dəfə çimmək lazımdır? hamam
  • Maraqlı

65 yaşdan sonra həftədə neçə dəfə çimmək lazımdır?

User 30 Oktyabr 2026 - 18:09
Yüksək təzyiqə qarşı faydalı tərəvəz – Kardioloq nəyi tövsiyə edir? urek
  • Maraqlı

Yüksək təzyiqə qarşı faydalı tərəvəz – Kardioloq nəyi tövsiyə edir?

User 30 Oktyabr 2026 - 17:55
Ərdoğan Ceyhun Bayramovu qəbul edib erdoqan ceyhun01
  • Baş Yazı

Ərdoğan Ceyhun Bayramovu qəbul edib

User 30 Oktyabr 2026 - 17:51
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.